18 noyabr 2025 10:22
76

Azərbaycanın U-19 millisi bu gün Malta ilə üz-üzə gələcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, yığma Maltanın Ta Qali şəhərində Malta ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 14:00-da start götürəcək.

Qeyd edək ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.