18 noyabr 2025 17:02
94

"Cloudflare"dəki nasazlıq bütün dünyada bir çox saytın işini pozub

"Cloudflare" "bulud" xidmətinin işində genişmiqyaslı nasazlıq baş verib, bununla əlaqədar dünyanın bir çox saytları işini dayandırıb.

“İki sahil” xəbər verir ki, bu cür saytlara "X" sosial şəbəkəsi və "Spotify" daxildir.

Bununla yanaşı, "ChatGPT"nin işində fasilələr müşahidə olunur.

"Downdetector"un məlumatlarına görə, ən çox şikayətlər Böyük Britaniyadan - 8,7 min, ABŞ-dən - 4,9 min, Yaponiyadan - 4,1 min, Almaniyadan - 2,7 min, İspaniyadan - 1,7 min, Fransadan - təxminən 1,7 min, İtaliyadan - 1,4 min daxil olub.

ABŞ şirkəti "Cloudflare"in əsası 2009-cu ildə qoyulub. O, CDN xidmətləri (məlumatların sürətli çatdırılmasını təmin edən şəbəkə infrastrukturu), DDoS-hücumlarından qorunma, resurslara təhlükəsiz giriş təqdim edir.