20 noyabr 2025 10:01
98

1-ci liqada 8-ci tur başlayır

Bu gün Azərbaycan 1-ci liqasında 8-ci tur start götürəcək. 

“İki sahil” xəbər verir ki, ilk oyun gününə 3 matç nəzərdə tutulub. 

"Zaqatala" "Şahdağ Qusar"ı qəbul edəcək. "Mingəçevir" MOİK-in qonağı olacaq. "Cəbrayıl" isə "Şimal"la qarşılaşacaq. 

1-ci liqa

8-ci tur

20 noyabr (cümə axşamı)

14:00. “Zaqatala” – “Şahdağ Qusar”

Hakimlər: Rövşən Rəcəbov, Qəzənfər Məmmədov, Elman Kərimov, Ruslan Quliyev

Zaqatala OİK stadionu

14:00. MOİK – “Mingəçevir”

Hakimlər: Mahmud Bağırzadə, Aydın Bəxşiyev, Zakir Şükürzadə, Murad Səlimov

Binə qəsəbə stadionu

14:30. “Cəbrayıl” – “Şimal”

Hakimlər: Alik Yunusov, Elmin Süleymanov, Vüqar Bayramov, Şamil İmanzadə

Şamaxı OİK stadionu

21 noyabr (cümə)

14:30. “Bakı Sportinq” – “Səbail”

22 noyabr (şənbə)

14:45. “Şəfa” – “Difai”