18 noyabr 2016 01:31
505

Yağış suyunu içməli suya çevirmək üsulu

Filan rayona güclü leysan düşdü, filan rayona bir həftədir yağır...

Belə məlumatları tez-tez eşidirik və daha çox güclü leysanın, yağışın vurduğu zərərlə, subasmalarla maraqlanırıq. Problemlər olduğuna görə hətta yağış yağmasın deyə, dua etdiyimiz vaxtlar da olur. Sən demə, yağış yağanda sevinə də bilərik. Dünyanın qabaqcıl təcrübəsi göstərir ki, yağış  sularından səmərəli istifadə etmək  mümkündür. İl ərzində yağıntının daha az düşdüyü ölkələrdə əkin sahələri leysan mövsümündə toplanan sularla suvarılır. Dünyanın ən yağmurlu ölkələrindən olan Böyük Britaniyada sakinlər artıq oxşar sistemi öz mənzillərində tətbiq etməyə başlayıblar.  Bu sahədə dünyanın ən böyük layihələrini gerçəkləşdirən Çin və Braziliyada da binaların damından toplanan yağış suları filtirdən keçirilərək  içməli su kimi mənzillərə çatdırılır.