20 noyabr 2025 16:45
217

“SOCAR Türkiyə”də İnvestorlarla Əlaqələr Dərnəyi tərəfindən panel təşkil edilib

Türkiyənin İnvestorlarla Əlaqələr Dərnəyi (TÜYİD) tərəfindən “Qlobal Standartlar, Lokal Tətbiq – Türkiyənin ISSB Yolçuluğu və Davamlılığın Maliyyə Hesabatına Təsiri” adlı panel təşkil olunub. Tədbir “SOCAR Türkiyə”nin Vadistanbuldakı baş ofisində keçirilib.

“SOCAR Türkiyə”nin Davamlılıq və Əməyin Təhlükəsizliyi üzrə Korporativ Direktoru Mehmet Özenbaşın moderatorluğu ilə keçirilən paneldə ISSB İdarə Heyətinin üzvü, proffessor Richard Barker, ISSB Texniki Komandasından Şevin Gürarda və “IFRS Foundation” Korporativ Kommunikasiya direktoru Neil Stewart çıxış edərək davamlılıq standartlarının qlobal səviyyədəki təsirlərini və Türkiyədə tətbiq proseslərini qiymətləndiriblər.

Tədbirdə davamlılıq hesabatlığında şəffaflığın, qlobal standartlarla uyğunluğun və maliyyə sistemlərində baş verən transformasiyanın önəmi vurğulanıb. Bildirilib ki, “SOCAR Türkiyə” beynəlxalq standartlara uyğun, şəffaf və məsuliyyətli davamlılıq yanaşmasını gücləndirməyə və bu dönüşüm prosesinə töhfə verməyə davam edir.

Orxan Vahidoğlu, “İki sahil”