İngiltərədə 14 yaşlı Harvey avtomobil sahiblərinə "vergi xatırlatma qəbzi" sataraq 100 min sterlinq qazanıb. Həmin pulla 4 böyük ərazi alan gənc, daha sonra bir tikinti şirkətinin 2 milyon sterlinqlik təklifini qəbul edib.
İstiPress.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, Harvey Millinqton gənc yaşına baxmayaraq, yeni bir ideya ilə milyoner olub. Belə ki, gənc, sürücülərə vergi borclarını nə vaxt ödəyəcəkləri barədə qəbzlər hazırlayaraq onlara satıb.
Qeyd edək ki, atası oğlunun bu işə başlaması üçün 2 min sterlinq sərmayə verib.