Bakının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Nizami rayonu, B.Çobanzadə və R.Rüstəmov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, Binəqədi rayonu, 8-ci Mikrorayon, S.Bəhlulzadə küçəsində isə qaz xəttinin yerinin dəyişdirilməsi işləri ilə əlaqədar bu gün saat 11:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Nizami rayonunun A.Manafov, B.Çobanzadə, K.Balakişiyev, Özbəkistan, Q.Qarayev, M.Abbasov, M.S.Ordubadi və Ə.Hacıyev küçələrində, Binəqədi rayonunun isə 8-ci Mikrorayon, S.Bəhlulzadə və Dərnəgül küçələrində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qeyri-neft ixracında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderliyini qoruyur
Bakı Ali Neft Məktəbi 2025-ci ildə mühüm nailiyyətlər əldə etdi - Elmar Qasımov