18 noyabr 2016 14:30
1116

Dünyanın ən bahalı maşını satışa çıxarıldı

“İki sahil” billionnews.ru saytına istinadən xəbər verir ki, maşına elan olunan qiymət 45 milyon funt - sterlinq və ya təxminən 56 milyon dollar dəyərindədir.

Əgər “250 GTO” həqiqətən də bu qiymətə satılarsa, o zaman bu maşın dünyanın ən bahalı maşını  hesab olunacaq. Hazırda isə dünyanın ən bahalı maşını 2013 - cü ildə hərracda 38 milyon dollara satılan 1963 - cü ildə istehsal olunan  “250 GTO”  hesab olunur.

V12 mühərrikli göy rəngdə olan  Ferrari 250 GT bir neçə dəfə avtomobil yarışlarında iştirak edib. Belə ki, 1962 - ci ildə avtomobil yarışlarından birində ikinci yerin qalibi olub.

Ferrari 250 GTO - dan cəmi 36 ədəd istehsal olunub.  İndiyə qədər qorunub saxlanılan maşınların hər biri maşın kolleksiyaçılarının arzusunda olduqları avtomobildir.

Sözügedən avtomobil 1969 - cu ildə 5400 dollara satılıb, sonra isə həmin ildə yeni  istehsal olunan maşın daha baha qiymətə - 11 min dollara satılıb. 1975 - ci ildə maşının qiyməti 13 min dollar dəyərində olub. Lakin 1975 - ci ildə avtomobil restavrasiya olunduqdan sonra qiyməti birdən - birə 125 min dollara qədər yüksəlib.