18 noyabr 2016 14:56
264

NASA-dan inanılmaz kəşf – 100 metr dərinlikdə...

NASA alimləri Plutonun donmuş səthinin altında gizli bir okeanın olduğunu kəşf edib.

Axar.az xəbər verir ki, Nyu Horizans kosmik gəmisinin çəkdiyi fotolar əsasında kiçik planetin səthinin altında 100 metr dərinliyində okeanın olduğu məlum olub.

Qeyd edək ki, Günəş sisteminin ən kiçik ikinci planeti olan Pluton Günəşdən Yerlə müqayisədə 40 dəfə uzaqdır.