Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov 10 il 6 ay, Anar Salamzadə 11 il, Elçin Əzizov isə 10 il müddətə azadlıqdan məhrum ediliblər.
“İki sahil” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
İttihama görə, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
Məktəblərdə kitabxanaçı və təsərrüfat müdiri vəzifəsinə qəbul üzrə keçid balları açıqlanıb
Ali məktəblərin beynəlxalq rəqabət qabiliyyətinin artırılması ilə bağlı əməkdaşlıq müzakirə olunub
Bakı Dövlət Universitetinin nümayəndə heyəti “QS Eurasia Forum 2025”də iştirak edir