"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turundan sonra əldə etdiyi gəlir müəyyənləşib.
“İki sahil” xəbər verir ki, Ağdam təmsilçisinin indiyədək əldə etdiyi gəlir 30 milyon avroya (təxminən 59 milyon manat) bərabərdir.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirində büdcəsini yaxşılaşdıran komandalar sırasında 33-cü pillədə qərarlaşıb.
Bu mənada, "köhlən atlar" "Union" (Belçika), "Pafos" (Kipr) və "Kayrat" (Qazaxıstan) kollektivlərini üstələyib.
Sıralamanın lideri isə 73,2 milyon avro ilə Fransanın PSJ klubudur.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar