Dekabrın 3-13-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində boks üzrə dünya çempionatı keçiriləcək.
“İki sahil” xəbər verir ki, 120-dən çox ölkənin qatılacağı mundialda Azərbaycan millisi də mübarizə aparacaq.
Komandamızın baş məşqçisi Ravşan Xocayev yarışda 11 boksçuya şans verəcək. Dünya çempionatında Sübhan Mamedov (48 kiloqram), Nicat Hüseynov (51 kiloqram), Zəlimxan Süleymanov (54 kiloqram), Ümid Rüstəmov (57 kiloqram), Məhəmmədəli Aşurəliyev (60 kiloqram), Maqsud Xasmetov (63,5 kiloqram), Zaur Qəhrəmanov (67 kiloqram), Sərxan Əliyev (70 kiloqram), Səidcəmşid Səfərov (80 kiloqram), Alfonso Dominqes (86 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) rinqə çıxacaqlar.
Mundialda Fuad Aslanovla Rövşən Qədirov hakimlər sırasında yer alacaqlar. Milli komandaya rəhbərliyi isə Azərbaycan Boks Federasiyası İdarə Heyətinin üzvü Rövşən Hüseynov edəcək.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar