Misli Premyer Liqasının 13-cü turunda “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışın 15-ci dəqiqəsində Prins Ovusu hesabı açıb. 34-cü dəqiqədə isə Bəxtiyar Həsənalızadə bərabərlik qolunu vurub.
59-cu dəqiqədə Adriel Ba Loua “Qəbələ”nu növbəti dəfə hesabda önə çıxarıb.
Qarşılaşma bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
13-cü tur
30 noyabr (bazar)
16:30. “Qəbələ” 2–1 “Araz-Naxçıvan”
Qollar: Prins Ovusu,15 (1-0), Bəxtiyar Həsənalızadə, 34 (1-1), Adriel Ba Loua, 59 (2-1)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Kamran Əliyev
Qəbələ şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar