Türkiyə Super Liqasında çıxış edən “Rizespor”un yeni baş məşqçisi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, son olaraq “Trabzonspor”da işləyən təcrübəli mütəxəssis Abdullah Avcı Qara dəniz təmsilçisi ilə anlaşıb. 2024-cü ilin yayından bəri işsiz olan 62 yaşlı çalışdırıcının qısa müddət ərzində rəsmi müqavilə imzalayaraq komandanın başına keçəcəyi gözlənilir.
Qeyd edək ki, "Rizespor"un sabiq baş məşqçisi İlhan Palut "Kayserispor"a məğlubiyyətdən sonra istefa verib. O, komandanın yeni nəfəsə və dəyişikliyə ehtiyacı olduğunu bildirərək vəzifəsindən ayrılıb.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar