02 dekabr 2025 11:32
108

İsveç Ukraynaya 116 milyon dollar ayıracaq

İsveç qışdan əvvəl ehtiyacları ödəmək üçün Ukraynaya 116 milyon dollar ayıracaq.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə İsveç hökumətinin saytında dərc olunmuş açıqlamada bildirilib.

Qeyd olunur ki, yeni yardım paketindən əldə edilən vəsait Ukraynanın "ən təcili ehtiyaclarını ödəmək üçün" istifadə olunur.