02 dekabr 2025 11:46
112

Avropa Rusiya məğlub olana qədər Ukraynanı silahlandırmağı planlaşdırır

Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Diesen bildirib ki, Avropa liderləri yenidən silahlandırmaq və Ukraynanı Rusiya ilə qarşıdurmaya hazırlamaq istəyirlər.

“İki sahil” xəbər verir ki, o, sosial media hesabında yazıb: "Avropa liderlərinin mövqeyi belədir: sülh Rusiya məğlub olana qədər yenidən silahlanma və gələcək toqquşmalara hazırlıq üçün müvəqqəti atəşkəsdir.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropanın hazırda Rusiya ilə 2030-cu ildə baş verə biləcək hərbi qarşıdurmaya hazırlaşdığını bildirmişdi.