Türkiyə millisinin, "Fənərbağça" və "Beşiktaş" klublarının sabiq futbolçusu Gökhan Gönül saxlanılıb.
“İki sahil” "Milliyet"ə istinadla xəbər verir ki, 40 yaşlı keçmiş müdafiəçi səhm bazarındakı bəzi əməliyyatlarda manipulyasiya iddiaları ilə başladılan istintaq çərçivəsində tutulub.
İstanbul Baş Prokurorluğu beş bölgədə əməliyyat keçirib və ümumilikdə 12 nəfəri saxlayıb.
Qeyd edək ki, Gökhan Gönül "Fənərbağça" ilə iki, "Beşiktaş"la bir dəfə ölkə çempionu olub.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar