Joan Laporta yeni müddətə "Barselona" futbol klubunun prezidenti seçilməyəcək.
“İki sahil” xəbər verir ki, onun şərhini "Mundo Deportivo" qəzeti yazıb.
Laportanın səlahiyyət müddəti 2027-ci ildə başa çatacaq. "Bir daha namizəd ola bilərdim, amma planlaşdırmıram. Bu yersiz olardı", - Laporta deyib. Onun 63 yaşı var və 2021-ci ildən "Barselona"nın prezidentidir. Daha əvvəllər - 2003-2010-cu illərdə də bu vəzifədə olub. Komanda onun rəhbərliyi ilə altı dəfə İspaniya çempionu olub, üç dəfə ölkə kubokunu, dörd dəfə İspaniya Superkubokunu, iki dəfə Çempionlar Liqasını, bir dəfə UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar