Azərbaycan Prezidenti İlham Əliyevə Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubba təbrik məktubu ünvanlayıb.
“İki sahil” xəbər verir ki, mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələr bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Hikmət Hacıyev Aİ rəsmiləri ilə Avropa İttifaqı - Azərbaycan münasibətlərini müzakirə edib
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib