Zaqatalada avtomobil qadını vuraraq öldürüb.
“İki sahil” xəbər verir ki, hadisə səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunda, rayonun Aşağı Tala kəndi ərazisində baş verib. Belə ki, Rövşən Hazmanov idarə etdiyi " VAZ 21099" markalı avtomobillə Aşağı Tala kənd sakini, 57 yaşlı Dilbər Osmanovanı yolu keçərkən vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Zaqatala rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
QHT-lər üçün DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə infotur təşkil edilib
Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri DOST Mərkəzi ilə tanış olub