Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Səxavət Axundov saxlanılıb.
“İki sahil” xəbər verir ki, S. Axundovun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsiylə məşğul olduğu müəyyən edilib. Onun üzərindən və yaşadığı ünvandan satış məqsədi ilə əldə etdiyi çəkisi 1 kiloqrama yaxın olan marixuana və metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, S. Axundov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
QHT-lər üçün DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə infotur təşkil edilib
Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri DOST Mərkəzi ilə tanış olub