06 dekabr 2025 15:07
79

Naxçıvanda ağacəkmə aksiyası keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, Ali Məhkəmənin mətbuat xidmətindən bildirilib ki, aksiya çərçivəsində Naxçıvan-Duzdağ avtomobil yolunun sol kənarında öncədən müəyyən olunmuş 1 hektar ərazidə 450 badam tingi əkilib, onlara ilkin aqrotexniki qulluq göstərilib.

Muxtar Respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə baş tutan aksiyanın məqsədi ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, yaşıllıqların qorunmasına töhfə verməkdir.