İngiltərənin "Mançester Siti" klubu Premyer Liqanın digər təmsilçisi "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Andersonu transfer etmək istəyir.
“İki sahil” "Football Insider"ə istinadən xəbər verir ki, Nottingem klubu futbolçusuna 115 milyon avro qiymət müəyyənləşdirib. "Mançester Siti" futbolçunu transfer etmək üçün yüksək məbləğdə ödəniş etməyə hazırdır. İngiltərə millisinin 23 yaşlı üzvünü İngiltərənin digər klubu "Mançester Yunayted" və "Real" (İspaniya) da heyətində görmək istəyir.
Qeyd edək ki, E.Anderson bu mövsüm komandasının heyətində 18 matçda iştirak edib, 1 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Nottingem Forest"lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar