Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu yarışın uğurla keçdiyini söyləyib. O, ölkəmizdə yeni cüdo zallarının açıldığını vurğulayıb. Ardınca Azərbaycan cüdoçularının 2025-ci ildə qazandığı uğurlarla bağlı videoçarx nümayiş etdirilib. Tədbir bədii hissə ilə davam edib.
Yarışlara ötən gün start verilib və 7 çəki dərəcəsində 107 cüdoçu medallar uğrunda mübarizə aparıb. Ümumilikdə isə mübarizə 14 çəki dərəcəsində aparılacaq. Çempionata dekabrın 7-də yekun vurulacaq.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar