Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayon Xəlil Əzimov adına Qaynaq kənd orta ümumtəhsil məktəbinə qaz xəttinin çəkilməsi münasibətilə “Azəriqaz” İB-nin rəhbərliyinə təşəkkür edib.
“İki sahil” xəbər verir ki, Qaynaq kənd orta ümumtəhsil məktəbinin inzibati binasında keçirilən qəbul zamanı vətəndaşlar tərəfindən daxil olmuş müraciətlə əlaqədar olaraq Anar Məmmədov məktəbin qaz probleminin həlli istiqamətində müvafiq quruma müraciət edib və problem qısa müddətdə öz həllini tapıb.
Bu münasibətlə məktəbin müəllim və şagird kollektivi göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
QHT-lər üçün DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə infotur təşkil edilib
Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri DOST Mərkəzi ilə tanış olub