Benində üsyankar hərbçilər prezidentin iqamətgahını ələ keçirməyə cəhd ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə "Jeune Afrique" yazır. Daha əvvəl milli televiziyanın efirində hərbçilər prezidentin devrildiyini və dövlət qurumlarının buraxıldığını elan etmişdi. AFP-nin məlumatına görə, Benin Prezidenti Patris Talon çevriliş cəhdi fonunda təhlükəsizlikdədir, ordu isə nəzarəti bərpa etməyə çalışır.
Beninin xarici işlər naziri "Reuters"ə bildirib ki, çevriliş cəhdi kiçik bir hərbçi qrup tərəfindən edilib, ordunun böyük hissəsi isə hələ də hakimiyyətə sadiq qalır. Onun sözlərinə görə, qiyamçılar yalnız dövlət televiziyasına nəzarəti ələ keçiriblər, siqnal bir neçə dəqiqəlik kəsilib.