Azərbaycan şahmatçısı Aydın Süleymanlı Xankəndidə keçiriləcək 11-ci Vüqar Həşimov Memorialında qaliblər sırasında yer almaq istəyir.
“İki sahil” xəbər verir ki, bu barədə o, Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib. A.Süleymanlı turnirin gərgin və maraqlı mübarizə şəraitində keçəcəyini söyləyib: "Turnirdə güclü şahmatçılar mübarizə aparacaq. İştirakçı sayının altı olması yarışın daha da maraqlı olacağından xəbər verir. Məqsədim daha yaxşı çıxış etmək və Xankəndidə qaliblər sırasında yer almaqdır".
Qeyd edək ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirə Xankəndidə dekabrın 9-da start veriləcək.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər