07 dekabr 2025 16:37
145

Viktor Orban Türkiyəyə səfər edəcək

Macarıstanın Baş naziri Viktor Orban dekabrın 8-də Türkiyəyə səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran "X" sosial şəbəkəsində paylaşım edib. O qeyd edib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə baş tutur. V.Orban və onu müşayiət edən yüksək səviyyəli nümayəndə heyəti Türkiyə ilə Macarıstan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak edəcək.

Səfər zamanı keçiriləcək görüşlərdə genişləndirilmiş strateji tərəfdaşlıq münasibətlərinin bütün aspektləri, mövcud regional və qlobal məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılacaq.

Bundan əlavə, ikitərəfli münasibətlərin hüquqi əsasını gücləndirmək üçün müxtəlif müqavilələrin imzalanması nəzərdə tutulur.