07 dekabr 2025 16:46
132

Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanılıb

Polis əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, keçirilən növbəti tədbirlərlə Xəzər dənizinin kənarından qeyri-qanuni qum-çınqıl daşınmasını həyata keçirən 34 yaşlı M.Hüseynov, "Hovo" markalı markalı yük avtomobilinin sürücüsü 41 yaşlı Z.Vəlizadə, "Shacman" markalı yük avtomobillərinin sürücüləri 26 yaşlı M.Məmmədov və 42 yaşlı T.Həsənov müəyyən olunaraq saxlanılıblar.