Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb.
“İki sahil” xəbər verir ki, Bakı İdman Sarayında keçirilən turnirin son günündə komanda yarışları keçirilib. Qadınların mübarizəsində qalib Şuşa UGİM olub. Gümüş medala "Umbayev Sport Club", bürünc mükafata isə "Neftçi" İdman Klubunun birinci komandası sahib çıxıb.
Kişilər arasında "Kanokan-TT" PCİK çempionluğu əldə edib. "Azəri-Cüdo" İKİB II, "Sərhədçi" İM və "Atilla" İK komandaları III yeri tutublar.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər