07 dekabr 2025 21:06
143

BDU-nun dosenti Eldar Kərimov vəfat edib

 

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Humanitar fakültələr üzrə rus dili kafedrasının dosenti Eldar Kərimov vəfat edib.

“İki sahil” xəbər verir ki, Eldar Kərimov 1955-ci il martın 14-də Bakı şəhərində anadan olub. 1962-1972-ci illərdə Bakı şəhər 153 nömrəli orta məktəbdə, 1972-1977-ci illərdə BDU-nun Filologiya fakültəsində "Rus dili və ədəbiyyatı" ixtisası üzrə təhsil alıb. 
1982-1985-ci illərdə BDU-nun Rus sovet ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi kafedrasının əyani aspirantı olub. 1986-cı ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 1997-ci ildə dosent elmi adını alıb.

Eldar Kərimov 1977-1978-ci illərdə Sumqayıt şəhər 24 saylı orta məktəbdə rus dili müəllimi, 1978-1981-ci illərdə Bakı şəhər 8 saylı internat məktəbində tərbiyəçi-müəllim, rus dili və ədəbiyyatı müəllimi, 1981-1982-ci illərdə AMEA-nın Dilçilik İnstitutunun Rus dili şöbəsində kiçik elmi işçi, 1985-1988-ci illərdə BDU-nun Rus sovet ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi kafedrasının baş laborantı, 1988-1997-ci illərdə BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi işləyib. 
1997-ci ildən BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının dosenti idi.

BDU rəhbərliyi və kollektivi dosent Eldar Kərimovun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!