Həkimlər Londonun Hitrou hava limanında çamadan oğurluğuna cəhd zamanı avtomobil parkında bibər qazından istifadə edilən insident zamanı yaralanan 21 nəfərə tibbi yardım göstəriblər.
“İki sahil” xəbər verir ki, bu barədə Skotland-Yardın bəyanatında deyilir. Polisin məlumatına görə, xəsarət alanlar arasında üç yaşlı qız da var. Beş nəfər əlavə müayinə üçün xəstəxanaya aparılıb; onların həyatları təhlükədə deyil.
"İlkin məlumata görə, 4 nəfərdən ibarət qrup bir qadının çamadanını oğurlayaraq, ona bibər qazı olduğu ehtimal edilən maddə çiləyib. Hadisə avtomobil parkındakı liftin içərisində baş verib, nəticədə liftdə və ətrafında olanlar xəsarət alıb", - Skotland-Yardın sözçüsü Peter Stevens bildirib. Hüquq-mühafizə orqanları araşdırma aparır. Hadisədə əli olmaqda şübhəli bilinən 31 yaşlı kişi saxlanılıb.