07 dekabr 2025 23:54
108

ABŞ İsrail və Qətəri barışdırmaq istəyir

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün İsrail və Qətər nümayəndələri arasında Nyu-Yorkda gizli görüş keçirəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə Axios iki mənbəyə istinadən məlumat yayıb. Qeyd olunub ki, görüşdə İsraili "Mossad"ın rəhbəri David Barnea, Qətəri isə yüksək rütbəli bir məmur təmsil edəcək. "Axios" vurğulayıb ki, Nyu-Yorkda keçiriləcək görüşdə çox güman ki, Qəzza zolağındakı vəziyyət və Fələstinin radikal HƏMAS hərəkatının tərksilah edilməsi müzakirə olunacaq.

İsrailin sentyabrın 9-da Dohada HƏMAS-ın yüksək rütbəli liderlərini vurmasından sonra ABŞ-ın Yaxın Şərqdəki iki əsas tərəfdaşı arasında münasibətlər əhəmiyyətli dərəcədə pisləşib.

Fələstin hərəkatı 6 nəfərin, o cümlədən təşkilatın Qəzza zolağındakı liderlərindən birinin oğlu Xəlil əl-Heyinin və Qətər təhlükəsizlik zabitinin öldüyünü bildirib.