Futbol üzrə İngiltərə Premyer Liqasında XV turun daha iki oyunu keçirilib.
“İki sahil” xəbər verir ki, "Brayton" öz meydanında "Vest Hem"lə heç-heçə edib - 1:1. "Kristal Pelas" isə səfərdə "Fulhem"ə 2:1 hesabı ilə qalib gəlib.
Tura dekabrın 8-də keçiriləcək "Vulverhempton" - "Mançester Yunayted" matçı ilə yekun vurulacaq. Qeyd edək ki, Premyer Liqada turnir cədvəlinə 33 xalla "Arsenal" başçılıq edir. İkinci pillədəki "Mançester Siti"nin 31 xalı var.
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər