08 dekabr 2025 10:28
150

İtkin düşən qadının meyiti kanaldan tapılıb

Tərtərdə itkin düşən qadının meyiti kanaldan tapılıb.

“İki sahil” xəbər verir ki, dekabrın 6-da itkin düşən, 1943-cü il təvəllüdlü Bayramova Ceyran Kamal qızının meyiti ötən gün Ş.İ.Xətai küçəsindən keçən paylayıcı kanaldan aşkar edilərək çıxarılıb.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.