Slovakiya minalardan təmizləmədə Azərbaycana yardım edir.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bratislavada Slovakiya Prezidenti Peter Pelleqrininin adından verilən rəsmi ziyafətdə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın Slovakiyadan aldığı xüsusi avadanlıq insan həyatını xilas etməyə, sağlamlığı qorumağa imkan yaradır.
Dövlət başçısı təəssüf hissi ilə vurğulayıb ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi bitdikdən sonra 400-dən artıq insan minalara görə öz həyatını itirib, yaxud ciddi yaralanıb.
"Sizdən aldığımız avadanlıq həqiqətən insan həyatını qoruyur", - deyə Prezident bildirib.
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ABŞ-ın Vitse-prezidenti Cey Di Vensə AÇIQ MƏKTUB ÜNVANLAYIBLAR
Tacikistan Prezidenti İlham Əliyevi "Zayed İnsan Qardaşlığı Mükafatı"na görə təbrik edib
Prezident İlham Əliyev ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - FOTO