"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində bu gün sonuncu oyununa çıxacaq.
“İki sahil” xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderland təmsilçisi "Ayaks"ın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək. Görüş "Azərsun Arena"da, saat 14:00-da start götürəcək. Əsas mərhələnin VI turunun matçını macarıstanlı FIFA referisi Marton Ruş idarə edəcək.
Qeyd edək ki, əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan U-19 35-ci pillədə qərarlaşıb. Qonaqlar 7 xalla 22-cidir.
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər