İraqın keçmiş prezidenti Bərham Salih BMT-nin qaçqınlar üzrə ali komissarı seçilib. Cenevrədə keçirilən seçkilərdə 12 namizəd mübarizə aparıb.
“İki sahil” xəbər verir ki, Salih bu postda italiyalı Filippo Qrandini əvəzləyib. O, vəzifəsinin icrasına yanvarın 1-də başlayacaq. Bərham Salihin seçilməsini BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı da təsdiqləməlidir.
1960-cı ildə anadan olmuş Bəhram Salih Londonda mühəndislik təhsili alıb. O, 2018-2022-ci illərdə İraq Respublikasının prezidenti olub.