13 dekabr 2025 09:08
80

Qazaxıstanda kafedə partlayış olub

Qazaxıstanın Karaqanda vilayətinin Şetski rayonunun Moyıntı kəndindəki kafedə qaz balonunun partlaması zamanı baş verən yanğın nəticəsində iki nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.