Azərbaycan və Qırğızıstan enerji və sənaye sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
"İki sahil" bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.
Azərbaycan ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində SOCAR-ın vitse-prezidenti Anar Məmmədov ilə Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev arasında görüş keçirilib. Görüşdə "SOCAR Downstream" şirkətinin nümayəndələri, Qırğızıstan hökumət və dövlət qurumlarının üzvləri, eləcə də biznes strukturlarının təmsilçiləri iştirak ediblər.
"Müzakirələr zamanı enerji, sənaye, nəqliyyat və digər prioritet sahələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO