13 dekabr 2025 17:07
108

Praqada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Çexiyanın paytaxtı Praqa şəhərində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş xatirə proqramı keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Çexiyadakı səfirliyi və “Natəvan” Cəmiyyəti tərəfindən Mədəniyyət Evində təşkil olunub.

Tədbirdə Azərbaycanın Çexiyadakı səfiri Yaşar Əliyev və cəmiyyətin rəhbəri Leyla Begim çıxış ediblər. Proqram çərçivəsində böyük maraq və diqqətlə izlənilən “Heydər Əliyev və mədəniyyət” adlı televiziya filmi nümayiş etdirilib.