Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Rusiyada fəaliyyət göstərən Amerika Ticarət Palatasının rəhbərliyi və üzvləri ilə görüş keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinə istinadla RT məlumat yayıb.
Görüş zamanı nazir beynəlxalq vəziyyətin inkişafındakı mövcud tendensiyalarla bağlı qiymətləndirmələrini, eləcə də ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ukrayna ətrafındakı münaqişənin dayanıqlı şəkildə nizamlanmasına dəstək göstərmək niyyəti fonunda Rusiya–ABŞ münasibətlərinin perspektivlərini təqdim edib.
Söhbət zamanı tərəflər bir sıra aktual məsələlər üzrə fikir mübadiləsi aparıb, Moskva ilə Vaşinqton arasında ticarət və investisiya əlaqələrinin bərpasına təkan verə biləcək biznes dairələrinin konstruktiv roluna xüsusi diqqət yetirilib.