Tanınmış şair Vüqar Əhmədin saxlanıldığı bildirilir.
“İki sahil” xəbər verir ki, bu haqda Manset.az məlumat yayıb.
Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır.
Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib.
“Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq”.
***
“İki sahil” xəbər verir ki, məsələ ilə bağlı Vüqar Əhməd “Qafqazinfo”ya açıqlama verib:
“Yalan məlumatdır. Heç bir qurum tərəfindən saxlanılmamışam. Bu gün xəstə olmuşam, telefonu aça bilməmişəm”.
Növbəti ildə Qarabağ Universitetinə 1200-1500 tələbə qəbulunu planlaşdırırıq - Emin Əmrullayev
BMT-nin Ofisi Qlobal Cənub QHT Platforması barədə məlumatları rəsmi saytında yerləşdirib
Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya edilmiş qadın və uşaqlarla görüşüb