Futbol üzrə Türkiyə Superliqasında XVI tura yekun vurulub.
“İki sahil” xəbər verir ki, bağlanış oyununda "Fənərbağça" öz meydanında "Konyaspor"la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Anderson Taliska (2), Mərt Müldür və Marko Asensio vurublar.
Bu nəticədən sonra xallarını 36-ya çatdıran "Fənərbağça" turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Komanda lider "Qalatasaray"dan cəmi 3 xal geri qalır.