Braziliyanın "Santos" komandasında çıxış edən Neymar karyerasını başqa komandada davam etdirə bilər.
“İki sahil” xəbər verir ki, onunla Braziliyanın digər təmsilçisi "Flamenqo" maraqlanır.
33 yaşlı hücumçunun hazırkı klubu müqavilənin müddətini daha bir il uzatmağı düşünür. Lakin, "Flamenqo" da Neymarı transfer etməyi planlaşdırır.
Hazırda "Flamenqo"nun bir neçə üzvü Neymarı "qırmızı-qaralar"a keçməsi üçün razı salmağa çalışır.
Qeyd edək ki, Neymar "Santos" futbol məktəbinin yetirməsidir.
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər