18 dekabr 2025 10:58
103

Ürəktutması keçirərək yanan ocağın üzərinə yıxıldı və...

Naxçıvanda bədbəxt hadisə baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Naxçıvan şəhərində qeydə alınıb. Belə ki, 1959-cu il təvəllüdlü İsayev Arif Əli oğlu səhər saatlarında yaşadığı şəhərin A.Zamanov küçəsi, ev 48 ünvanında yerləşən evin həyətində ağac parçalarından ocaq qalayıb. Bir ay əvvəl ürək əməliyyatı keçirmiş A.İsayev həmin vaxt ürəktutması keçirərək yanan ocağın üzərinə yıxılıb. Hadisədən bir qədər sonra qonşuluqda yaşayan bacısı L.İsayeva həyətə gəlib və onun yanmış vəziyyətdə meyitini görüb.

Hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib. Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.