Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb.
“İki sahil” xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yük qatarı ilə axşam saatlarında Ağstafa rayonunda yerləşən Böyük Kəsik stansiyasına çatdırılacaq. Yük daha sonra Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana göndəriləcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında imzaladığı qərarla işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.
Məhkəmə Vardanyanın “VoMa” terror təşkilatının maliyyələşdirilməsini öz üzərinə götürdüyünü müəyyən edib
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb