19 dekabr 2025 10:55
80

Klubların Lisenziyalaşdırılması Şöbəsinin fəaliyyəti yüksək qiymətləndirilib

İsveçrənin SGS şirkəti AFFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin 2025-ci ildəki fəaliyyətini yüksək qiymətləndirib.

“İki sahil” xəbər verir ki, bu barədə milli assosiasiyadan məlumat verilib. Şirkət tərəfindən AFFA-ya ünvanlanmış məktubda Klubların Lisenziyalaşdırılması Şöbəsinin fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu qeyd edilib.

Klubların Lisenziyalaşdırılması Şöbəsi 2026/2027 Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.