Zabrat qəsəbəsində Azərbaycanın tanınmış güləşçisi Taleh Məmmədovun adına yunan-Roma güləşi zalının açılış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov, həmçinin Azərbaycan Güləş Federasiyasının rəhbərliyi və digər rəsmilər iştirak ediblər.
Təqdimatdan sonra zalın açılışı həyata keçirilib. Lenti Taleh Məmmədov, Fərid Qayıbov və Çingiz Hüseynzadə kəsiblər.
Daha sonra nazir və qonaqlar zalla tanış olublar. T.Məmmədov zaldakı avadanlıqlar, güləşin sirlərinə yiyələnən uşaqlar və digər məsələlər haqqında məlumat verib, qarşıdakı planları açıqlayıb. Daha sonra yeniyetmə və azyaşlı güləşçilərin məşq prosesi nümayiş etdirilib.
Azərbaycanın usta ağırlıqqaldıranları dünya çempionatında 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər