“2025-ci ilin hesabat dövründə TƏBİB-ə ümumilikdə 26 988 vətəndaş müraciəti daxil olub”.
“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. O bildirib ki, bu müraciətlərin 28,9 faizi şikayət olub.
“Rəqəmlər göstərir ki, müraciətlərin böyük əksəriyyəti vətəndaşların tibbi xidmətlə bağlı konkret problemlərinin həlli məqsədi daşıyır. Eyni zamanda qeyd etmək istərdim ki, TƏBİB-in 815 Çağrı xidmətinə 140 889 zəng daxil olub. Bu zənglərin 137 796-sı dərhal cavablandırılmış, 3 093 müraciət isə araşdırılması üçün qəbul edilib.
Müraciətlərin mövzu bölgüsünə baxdıqda, tibbi xidmət, əlillik məsələləri üzrə, tibbi personaldan şikayət, rəhbər şəxslərlə bağlı, dərman təminatı üzrə müraciətləri görürük. Bu göstəricilər bizim üçün problemli sahələrin müəyyənləşdirilməsi baxımından mühüm analitik baza yaradır. Sənəd dövriyyəsinə gəldikdə, qeyd etməliyəm ki, hesabat dövründə TƏBİB üzrə 26 988 vətəndaş müraciəti, 29 558 funksional sənəd daxil olub”.
İcraçı direktor qeyd edib ki, vətəndaş qəbulları məsələsinə də xüsusi diqqət yetirilib, 2025-ci il ərzində 6 402 vətəndaş qəbul olunub:
“Nəticə olaraq demək istərdim ki, TƏBİB üzrə vətəndaş müraciətlərinin qəbulu, icrası və sənəd dövriyyəsi sistemli şəkildə təşkil edilib, müraciətlərin həll olunma faizi artıb, təkrar müraciətlərin sayı azalıb, vətəndaşlara cavabların operativliyi əhəmiyyətli dərəcədə yüksəlib”.
Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir
Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konqres işə başlayıb - FOTO